İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Ölkəmizin Tehrandakı səfirliyindən verilmiş ilkin məlumata görə, İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat daxil olmayıb.
Vurğulanıb ki, Azərbaycan səfirliyi tərəfindən məsələ nəzarətdə saxlanılır.
Qeyd edək ki, İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb, sərnişinlərin hamısı - 167 sərnişin və 9 ekipaj heyəti həlak olub.